
İçərisində İranın idman naziri Seyid Həmid Səccadinin də olduğu helikopter ölkənin cənubunda Baft şəhərində eniş edərkən qəzaya uğrayıb.
Bu barədə IRNA agentliyi xəbər verir.
Məlumata görə, helikopter eniş zamanı idarəetməni itirib. Nazirin stabil vəziyyətdə olduğu və digər sərnişinlərlə birlikdə yüngül zədələrlə xəstəxanaya çatdırıldığı deyilir.
