İRANIN AZƏRBAYCANDAKI SƏFİRİ: İRAN HƏMİŞƏ AZƏRBAYCANA SÜLH, TƏHLÜKƏSİZLİK VƏ RİFAH ARZULAYIR

İran həmişə Azərbaycana sülh, təhlükəsizlik və rifah arzulayır.

Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Müqəddəs Müdafiə Həftəsi” ilə əlaqədar keçirilən tədbirdə deyib.

S.A.Musəvinin sözlərinə görə, İranla Azərbaycan arasında dostluq və qardaşlıq çoxlu ortaqlıqlara əsasən əbədidir.

Musəvi əlavə edib ki, İran üçün qonşuluq siyasəti və qonşu ölkələr prioritet daşıyır.

İran səfiri azadlıq və müstəqillik uğrunda həlak olan Azərbaycan və İran şəhidlərinə rəhmət diləyib.