İRANIN ALİ TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİ AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

İyulun 24-də İranın Ali Təhlükəsizlik Şurasının katibi admiral Əli Şamxani Azərbaycana səfər edəcək.
“Mehr” informasiya agentliyi xəbər verir ki, səfər çərçivəsində Ə.Şamxani bir sıra rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri və regional məsələlər müzakirə olunacaq.