Ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında baş verən zəlzələ nəticəsində yaralananların sayı 490 nəfərə yüksəlib.
Bunu İranın Xoy Tibb Elmləri İnstitutunun rektoru Hüseyn Həbibzadə deyib.
Onun sözlərinə görə, hazırda yaralılardan 100-ü xəstəxanaya yerləşdirilib.
H.Həbibzadə zəlzələ nəticəsində indiyədək ölüm halının qeydə alınmadığını deyib.
Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 04:00 radələrində İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında 5,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Naxçıvan MR-da 5-3 bala qədər hiss olunub.