İRANDA ZƏLZƏLƏ OLUB

İranın Cənubi Xorasan əyalətində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə “IRNA” agentliyi İranın Milli Seysmoloji Mərkəzə istinadən məlumat yayıb.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.