İRANDA ZƏLZƏLƏ OLUB

İranda 5,1 maqnitudalı zəlzələ olub.

Bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.

Təbii fəlakətin episentri Bəndər Abbas şəhərindən 117 km şimal-qərbdə yerləşib.

Bildirilib ki, yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Dağıntılar və tələfat barədə məlumat verilməyib.