İRANDA TƏLİM TƏYYARƏSİ QƏZAYA UĞRAYIB

İranın şimal-şərqində yerləşən Şimali Xorasan vilayətində “Fara Sepehr” Şirkətinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Mehdi Vəlipur deyib.

M.Vəlipurun sözlərinə görə, hadisə yerli vaxtla 13:40-da vilayətin Germe rayonunda baş verib. Hadisə nəticəsində hər iki pilot həlak olub.

M.Vəlipur əlavə edib ki, xilasetmə qüvvələri hadisə yerinə ezam olunublar.

Faktla bağlı araşdırma aparılır.