
İranın mərkəzində yerləşən İsfahan vilayətində F7 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Bunu İranın İsfahan valisinin siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini Məhəmmədrza Cannesari deyib.
M.Cannesarinin sözlərinə görə, hadisə saat 8:30-da baş verib və qırıcı təyyarə təlim zamanı qəzaya uğrayıb. Qəza nəticəsində 2 pilotun öldüyü bildirilir.
Hadisənin səbəbləri araşdırılır.