İRANDA PREZİDENT SEÇKİLƏRİNDƏ İSLAHATÇI PEZEŞKİYAN LİDERLİK EDİR

İranda keçirilən növbədənkənar prezident seçkilərində islahatçı Məsud Pezeşkiyan mühafizəkarlar qanadın namizədi Səid Cəlilidən önə keçərək liderlik edir.

İran mediası xəbər verir ki, indiyədək ümumilikdə 14 milyon 70 mindən çox səs hesablanıb. Seçki komissiyasının son məlumatına görə, Məsud Pezeşkiyan 5 milyon 955 min 781 səs toplayıb. Onun əsas rəqibləri Səid Cəlili 5 milyon 560 min 321, Məhəmməd Qalibaf isə 1 milyon 891 min 381 səslə müvafiq olaraq ikinci və üçüncü yerdədir.

İranda prezident seçkilərində qalib gəlmək üçün namizəd seçicilərin 50 faizindən çoxunun səsini toplamalıdır. Namizədlərin heç biri bu qədər səs toplaya bilməsə, bir həftə sonra – iyulun 5-də ikinci tur keçiriləcək. Birinci turda ən çox səs toplayan iki namizəd prezident postu uğrunda mübarizəni davam etdirmək hüququ qazanacaq.