İRANDA İTKİN DÜŞƏN AZƏRBAYCANLI TƏLƏBƏDƏN MƏLUMAT YOXDUR

İranda itkin düşən azərbaycanlı tələbədən məlumat yoxdur.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

“İrandan cavab gözləyirik. Buna görə də, axtarışlarda son durumla bağlı məlumat yoxdur”, – deyə o qeyd edib.

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.