İranın şimal-şərqində yerləşən Şimali Xorasan vilayətinin Sənxast rayonunda baş verən zəlzələ nəticəsində 14 nəfər yaralanıb.
Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Mehdi Vəlipur deyib.
M.Vəlipurun sözlərinə görə, ötən gecə yerli vaxtla 03:34 radələrində baş verən 5,5 maqnitudalı zəlzələ vilayətin 35 şəhər və kəndində müəyyən dağıntılara səbəb olub. Vilayətin Şurək kəndində 35 mənzil yararsız vəziyyətə düşüb.
O əlavə edib ki, zəlzələdən zərərçəkən şəhər və kəndlərdə əhaliyə ərzaq və digər yardımlar olunub.