
İranın cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri Bəndər Lingə şəhərindən 51 kilometr şimal-qərbdə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
