İRANDA 5,1 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

İranın şərqindəki Cənubi Xorasan vilayətində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Yeraltı təkanların episentri Bircənd şəhərindən 94 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.