İRANDA 4,9 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

İranın cənubunda 4,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Şiraz şəhərindən 216 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 25 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.