İRAN XİN RƏHBƏRİ AZƏRBAYCANDA BU MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDƏCƏK

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri iki ölkə rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, səfər çərçivəsində ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, M.C.Zərif sabah Azərbaycan və Ermənistana səfər edəcək.