İran Azərbaycanla konstruktiv münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün mətbuat konfransında deyib.
H.Əmir Abdullahianın sözlərinə görə, İran qonşu ölkələrlə müsbət münasibətlərin inkişaf etdirilməsi istiqamətində çalışır: “Azərbaycan İranın qonşusudur. Artıq iki ölkə arasında münasibətlərdəki eniş-yoxuşlu vəziyyət arxada qalıb. Azərbaycanlı həmkarım ilə telefon söhbətində münasibətlərin inkişaf etməsi üçün düzgün istiqamətdə hərəkət etməyə dair danışığımız oldu. Münasibətlər bundan sonra gərginlik olmadan davam edəcək”.