İRAN ÜZƏRİNDƏKİ HAVA MƏKANININ BAĞLANMASI SƏBƏBİLƏ BİR SIRA HAVA GƏMİSİ BAKI AEROPORTUNA ENİŞ EDİB

İran üzərində hava məkanının bağlanması nəticəsində bir sıra beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

Bakı hava limanına uğurla eniş edənlər sırasında “Jazeera Airways”aviadaşıyıcısının Moskva (DME) – Küveyt reysi, “Fly Dubai”ın Budapeşt, Moskva (VKO), Minsk, Kazan və Sankt-Peterburqdan Dubaya olan uçuşları, eləcə də “Air Arabia” aviaşirkətinin Moskva – Şarja reysi yer alır.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün müvafiq resursları səfərbər edərək eniş etmiş reyslərə operativ və yüksək səviyyəli xidmət göstərir.