Sivil insanlara qarşı törədilən terror aktlarını pisləyirik.
Bunu Gəncəyə raket zərbələri endirilən əraziyə bu gün baş çəkən İranın səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında bildirib.
“Eyni zamanda, bir diplomat kimi diplomatlara və səfirliklərə qarşı törədilən terror hücumlarını qəti şəkildə pisləyirik”, – deyə səfir əlavə edib.