İRAN SƏFİRİ: AZƏRBAYCANLA MEDİA ƏMƏKDAŞLIĞI ÜZRƏ ƏLAQƏLƏRİN İNKİŞAF ETDİRİLMƏSİ İRANIN DİQQƏT MƏRKƏZİNDƏDİR

Azərbaycanla media əməkdaşlığı üzrə əlaqələrin inkişaf etdirilməsi İranın diqqət mərkəzindədir.

Bunu İran Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabının qələbəsinin 43 illiyi və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.

S.A.Musəvinin sözlərinə görə, iki ölkənin bir neçə KİV-i qarşılıqlı şəkildə iki ölkədə fəaliyyət göstərir.

“İki ölkə XİN mətbuat katibləri iki ölkə media əməkdaşlıqlarının inkişaf etdirilməsi üzrə müzakirələr aparırlar. İki ölkə KİV nümayəndələrinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına səbəb olacaq”, – deyə səfir qeyd edib.