İran regionda sabitliyi bir çox cəhətdən pozan qüvvədir.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinq zamanı İranın Azərbaycana qarşı bəyanatları barədə sualı cavablandırarkən deyib.
O bildirib ki, ABŞ-ın İranın regional fəaliyyəti ilə bağlı mövqeyi dəyişməz qalır:
“Biz bu məsələdə çox açıq şəkildə mövqeyimizi bildirmişik və bu mövqedə qalırıq. İran regionda sabitliyi bir çox cəhətdən pozan subyektdir”.