İRAN PARLAMENTİ XƏZƏRYANI DÖVLƏTLƏRLƏ TİCARƏT KONVENSİYASINI TƏSDİQLƏYİB

İran parlamenti bu gün Xəzəryanı dövlətlərlə iqtisadi və ticarət razılaşması (konvensiyası) layihəsini təsdiqləyib.
Bu barədə məlumat İran parlamentinin informasiya portalında verilib.
Məlumata görə, 162 deputat layihənin lehinə, 7-si əleyhinə səs verib. 7 deputat bitərəf qalıb.