MEDİA: YÜZDƏN ÇOX PİLOTSUZ TƏYYARƏ ZƏRƏRSİZLƏŞDİRİLİB

İranın yüzdən çox pilotsuz təyyarəsi ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib.

Bu barədə İsrail mediası məlumat yayıb.

İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin “X” sosial şəbəkəsindəki paylaşımda deyilir ki, bu, İranın Dəməşqdəki diplomatik korpusuna hücuma cavabdır.