İRAN HƏRBİ HELİKOPTER QƏZASI İLƏ BAĞLI AZƏRBAYCANA BAŞSAĞLIĞI VERİB

İran Səfirliyi Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Bu barədə İranın Azərbaycandakı Səfirliyinin “Twitter” səhifəsində paylaşılıb.

Paylaşımda bildirilir ki, İran İslam Respublikası Səfirliyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması və bir neçə nəfərin şəhid olması ilə bağlı dərin kədər hissi keçirir, dost və qardaş Azərbaycan dövlətinə və xalqına başsağlığı verir, şəhid olanların ailələri ilə həmdərd olduğunu bildirir.