İRAN, AZƏRBAYCAN VƏ TÜRKİYƏ TƏMSİLÇİLƏRİNİN TEHRANDA GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Yaxın gələcəkdə İran, Azərbaycan və Türkiyə təmsilçilərinin Tehranda görüşü keçiriləcək.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Görüşdə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.