
Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının yeni sədri seçilib.
Partiyanın bu gün keçirilən qurultayında təşkilati məsələyə baxılıb.
Hakim partiyanın əvvəlki sədri İrakli Kobaxidze siyasi şurada İrakli Qaribaşvilinin namizədliyinin irəli sürüldüyünü bildirib. İ.Qaribaşvili açıq səsvermə ilə partiyanın yeni sədri seçilib.