İRAKLİ QARİBAŞVİLİ: BİZİM ÜMUMİ MƏQSƏDİMİZ REGİONDA DOSTLUĞU, DİNC ƏMƏKDAŞLIĞI VƏ RİFAHI TƏMİN ETMƏKDİR

Prezident İlham Əliyevi Gürcüstanda qonaq etməkdən çox şadam.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tviter hesabındakı paylaşımında qeyd edib.

“Biz Prezident İlham Əliyev ilə Azərbaycan və Gürcüstan arasında uzunmüddətli strateji tərəfdaşlığı, onun perspektivlərini və böyük potensialını müzakirə etdik. Bizim ümumi məqsədimiz regionda dostluğu, dinc əməkdaşlığı və rifahı təmin etməkdir”, – deyə, İ.Qaribaşvili vurğulayıb.