
İrəvanda Azərbaycanın milli-mədəni irsi barədə, o cümlədən, Təpəbaşı məhəlləsi ilə bağlı film nümayiş etdirilib.
2022-ci il iyulun 5-də “Gülüstan” sarayında “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitabın təqdimatı keçirilib.
Təqdimat mərasimində İrəvanda Azərbaycanın milli-mədəni irsi barədə film nümayiş etdirilib.