
İrəvanda hökumətə qarşı kütləvi etirazlarda 53 nəfər saxlanılıb.
Bu barədə erməni KİV-ləri xəbər verir.
Qeyd edək ki, İrəvanda sentyabrın 19-dan Nikol Paşinyan hakimiyyətindən narazı vətəndaşlar tərəfindən etiraz aksiyası davam edir. Aksiya iştirakçıları baş nazir Nikol Paşinyan və komandası istefaya gedənədək etirazları davam etdirəcəklərini bildiriblər.
Nikol Paşinyan hakimiyyətinə qarşı etirazlarda saxlanılanlar arasında keçmiş prezident Robert Koçaryanın oğlui Levon Koçaryan da var. Dörd polis əməkdaşını döyməkdə ittiham olunan Levon 1 ay müddətinə həbs olunub.