İQTİSADİYYAT SAHƏSİNDƏ NOBEL MÜKAFATININ LAUREATLARININ ADLARI AÇIQLANIB

İqtisadiyyat üzrə Nobel mükafatına üç ABŞ alimi – Daron Acemoğlu, Saymon Conson və Ceyms Robinson layiq görülüblər.

Nobel mükafatının rəsmi “nobelprize.org” saytı xəbər verir ki, mükafat müxtəlif ölkələrin rifahındakı fərqlərin öyrənilməsinə görə verilib.

Laureatlar ölkələrin uzunmüddətli iqtisadi rifahına təsir edən amillərə dair innovativ tədqiqatlara töhfə veriblər. Onların nəticələri göstərir ki, demokratiya və inklüziv institutları dəstəkləmək üçün fəaliyyət iqtisadi inkişafın təşviqində irəliyə doğru mühüm addımdır.