İQTİSADİYYAT NAZİRLİYİNİN İŞÇİLƏRİNİN SAYI ARTIRILIB – FƏRMAN

İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 5 332-dən 5 402-yə çatdırılıb.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, nazirliyin Aparatının işçilərinin say həddi 409-dan 459-a, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti Aparatının işçilərinin say həddi isə 260-dan 280-ə çatdırılıb.