
Bu günədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə işğaldan azad olunmuş ərazilərdə fəaliyyətlə əlaqədar 1400-dən çox müraciət daxil olub.
Bu barədə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda deyib.
“Sənaye, kənd təsərrüfatı, ticarət və xidmətlər sahəsini əhatə edən 73 investisiya layihəsi üzrə işlər artıq başladılıb”, – o deyib.
