İQTİSADİ ŞURANIN NÖVBƏDƏNKƏNAR İCLASI KEÇİRİLİB

İqtisadi Şuranın növbədənkənar iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

023-cü il 18 fevral tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarından irəli gələn iqtisadi siyasət və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda gündəlikdəki məsələlər üzrə Şura üzvlərinin rəy və təklifləri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.