İQOR KOROTÇENKO: MÜHARİBƏNİN BAŞLAMASINA SƏBƏB ERMƏNİSTANIN TƏXRİBATLARI OLUB

44 günlük müharibədə Nikol Paşinyan Ermənistanın məğlubiyyətinin qaçılmaz olduğunu gördükdən sonra üçtərəfli bəyanatı imzalamağa razılaşdı.

Bu sözləri Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko ADA Universitetində “44 günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, müharibənin başlamasına səbəb Ermənistanın təxribatları olub: “Azərbaycan ordusu əks-hücum əməliyyatı zamanı qarşıya qoyulan hədəfə çatdı. Bunun bir neçə səbəbi var. Əvvəla, Azərbaycan dayanıqlı iqtisadi və siyasi sistemə malikdir. İkincisi, mənəvi ruh yüksək idi. Üçüncüsü, Azərbaycanda müasir ordu yaradılmışdı və müharibə ərzində də PUA-lardan məharətlə istifadə edilirdi”.

İ.Korotçenko onu da bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsini vacib sayır.