İORDANİYA HESAB EDİR Kİ, ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİ BMT TƏHLÜKƏSİZLİK ŞURASININ QƏTNAMƏLƏRİNƏ UYĞUN HƏLL EDİLMƏLİDİR

İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi Dağlıq Qarabağ regionunda Azərbaycan və Ermənistan arasında baş verən hadisələrin inkişafını narahatlıqla izləyir.

Nazirliyin sözçüsü səfir Deyfullah Əli əl-Fayez vəziyyətin sakitləşdirilməsinin, təmkinliyin, atəşkəsin və münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və beynəlxalq legitimliyə uyğun danışıqlar vasitəsilə dinc yollarla siyasi həllinin əhəmiyyətini qeyd edib.

Deyfullah Əli əl-Fayez qurbanların olmasından təəssüfünü ifadə edib.