İNNOVASİYA VƏ RƏQƏMSAL İNKİŞAF AGENTLİYİNİN NİZAMNAMƏ FONDUNUN MƏBLƏĞİ ARTIRILIB – FƏRMAN

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib.

Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnamə fondunun məbləği “6 783 392 (altı milyon yeddi yüz səksən üç min üç yüz doxsan iki)” manata çatdırılıb.