İNNOVASİYA VƏ RƏQƏMSAL İNKİŞAF AGENTLİYİNİN NİZAMNAMƏ FONDU ARTIRILIB – FƏRMAN

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnamə fondu artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, agentliyin nizamnamə fondu 6 783 392 (altı milyon yeddi yüz səksən üç min üç yüz doxsan iki) manatdan 26 783 392 (iyirmi altı milyon yeddi yüz səksən üç min üç yüz doxsan iki) manata çatdırılıb.