İNDONEZİYADA VULKAN PÜSKÜRMƏSİ NƏTİCƏSİNDƏ 34 NƏFƏR HƏLAK OLUB

İndoneziyanın Yava adasında Semeru vulkanının püskürməsi nəticəsində həlak olanların sayı artmaqda davam edir.

Həlak olanların sayı 34 nəfərə çatıb. Ötən gün 22 nəfərin həlak olduğu deyilirdi.

Daha 16 nəfər itkin düşüb. Bundan başqa, 50-yə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Bölgədə axtarış işləri davam etdirilir.

Qeyd edək ki, Semeru vulkanı dekabrın 4-də püskürüb. 3 676 metr hündürlüyü olan Semeru İndoneziyada aktiv olan 130 vulkandan biridir.