
İndoneziyanın şərqindəki Papua vilayətində 6,2 bal gücündə zəlzələ olub.
İndoneziya mediası xəbər verir ki, bu barədə ölkənin Meteorologiya, İqlim və Geofizika Agentliyi məlumat yayıb. Yerli vaxtla səhər 09:51-də qeydə alınan yeraltı təkanın episentri Keerom rayonundan 79 kilometr aralıda, zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.
Hələlik sunami xəbərdarlığı elan edilməyib, dağıntı və tələfat haqqında məlumat yoxdur.
