İNDONEZİYADA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR OLUNAN POÇT MARKASI BURAXILIB

Azərbaycanda 20 Yanvar – Ümumxalq Hüzn Günü çərçivəsində həmin faciənin qurbanlarının xatirəsini yad etmək məqsədilə Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə İndoneziya Dövlət Poçt Şirkəti tərəfindən poçt markası nəşr olunub.

Poçt markasının üzərində İndoneziya dilində “Azərbaycanda Milli Matəm günüdür – 20 Yanvar 1990” sözləri yazılıb.

Qeyd edək ki, İndoneziya Poçt Dövlət Şirkəti ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, həmin marka yanvar ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılıb. Poçt markası ölkənin filatelistləri tərəfindən böyük maraqla qarşılanıb.