İNDONEZİYA SAHİLLƏRİNDƏ GÜCLÜ ZƏLZƏLƏ OLUB

İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Tual şəhərindən 157 kilometr cənub-qərbdə, ocağı isə 75 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.