İNDONEZİYA SAHİLLƏRİNDƏ 5,5 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Çərşənbə axşamı İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 282 min nəfər əhalisi olan Kupanq şəhərindən 120 kilometr şimalda, 94 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.