İNDONEZİYA SAHİLLƏRİNDƏ 5,4 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

İndoneziya sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Təbii fəlakətin episentri Tondano şəhərindən 173 km cənubda, ocağı isə 60 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.