İNDONEZİYA SAHİLİNDƏ GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERİB

İndoneziya sahilində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 309 min insanın yaşadığı Benqkulu şəhərindən (Sumatra adası) 175 kilometr qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.