İNDİYƏDƏK SATMAQ ÖHDƏLİYİ İLƏ 6257 KİRAYƏ MÜQAVİLƏSİ BAĞLANILIB

İpoteka və Kredit Zəmanət Fondu indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6257 kirayə müqaviləsi bağlanılıb.

Bu barədə İKZF-nin Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov deyib.

O bildirib ki, təkcə bu ilin əvvəlində 1871 sayda kirayə müqaviləsi rəsmiləşdirilib və vətəndaşlara mənzillər təhvil verilib. Bu, ötən illə müqayisədə 29 faiz çoxdur.

Satmaq öhdəliyi ilə kirayə yolu ilə mənzil sahibi olan vətəndaşların 60 faizdən çoxunu gənclər və gənc ailələr təşkil edir.