İNAM KƏRİMOVUN ALİ MƏHKƏMƏ SƏDRLİYİNƏ NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLÜB

Kənd təsərrüfatı naziri İnam Kərimovun Ali Məhkəmə sədrliyinə namizədliyi irəli sürülüb.

Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Müzakirələrdən sonra məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatıb.