İMTAHANLARDA VƏTƏN MÜHARİBƏSİ İLƏ BAĞLI DÜŞƏCƏK SUALLARA AYDINLIQ GƏTİRİLDİ

Dövlət İmtahan Mərkəzi Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair yenilənmiş məqaləni təqdim edib.

DİM-dən bildirilib ki, Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair 2021-ci il “Abituriyent” jurnalının 2-ci sayında dərc edilmiş, həmçinin Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilmiş məqalənin yeni redaktəsi ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz. Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər.

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi);

Oтечественная война за Гарабаг (Вторая Гарабагская война).

Məqalənin ilk çapından sonrakı dövrdə baş vermiş hadisələrin çoxu yeni redaktədə nəzərə alınıb. Xatırladaq ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzu haqqında istifadədə olan dərsliklərdən bilgilər almayıblar. Mövzunun vacibliyi nəzərə alınaraq, 2022-ci ildə də II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu material əsasında tərtib ediləcək.