
Türkiyə kosmos ekosisteminin bir parçası olacaq.
TurkicWorld-ün məlumatına görə, bu barədə ilk türk astronavt Alper Gezeravcı bildirib.
“Türkiyə kosmosdakı sərmayələrini davam etdirir və kosmos ekosisteminin bir parçası olacaq. Türkiyənin hədəflərindən biri də gələcək illərdə Aya sərt eniş missiyasıdır və Türkiyə bunu öz roketi ilə etməyi planlayır”, -deyə o vurğulayıb.
Xatırladaq ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.