İLİN ÖTƏN DÖVRÜNDƏ 2 MİNDƏN ÇOX ZƏLZƏLƏ QEYDƏ ALINIB

İlin ötən dövrü ərzində Azərbaycanda 2 mindən yuxarı yeraltı təkan qeydə alınıb.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli RSXM-nin Monitorinq Mərkəzində keçirilən “Açıq qapı” günündə jurnalistlərə açıqlamasında bildirib.

Baş direktorun sözlərinə görə, qeydə alınan zəlzələlərdən 16-sının maqnitudası 3 və ondan yuxarı olub. Təkanların sayı gündən-günə artsa da, dağıdıcı zəlzələ ehtimalı yoxdur. Ölkə ərazisində seysmik aktivlik fon səviyyəsindədir.