İLİN İLK AY TUTULMASI BAŞA ÇATIB

Mayın 16-sı saat 08:53-də ilin ilk Ay tutulması başa çatıb.

Ay tutulması mayın 16-sı saat 07:29-da başlayıb və 1 saat 24 dəqiqə davam edib.

Tutulmanın maksimumu saat 08:11-də olub.

İlin ilk tam Ay tutulmasını Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olub. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayıb.