İLHAM ƏLİYEVİN PREZİDENTLİYƏ NAMİZƏDLİYİ TƏSDİQ EDİLİB

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi təsdiq edilib.

Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul olunub.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 17-də YAP İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.